Beynəlxalq İslam Təsəvvüf Jurnalı: məqalələri “Double-blind” baxış sistemi metodu ilə qiymətləndirən beynəlxalq bir arbitraj sisteminə sahib qərəzsiz və müstəqil bir jurnaldır.
Beynəlxalq İslam Təsəvvüf Jurnalı İslam təsəvvüfü sahələrində məqalələr, yeni kitab icmalları, tədqiqat məqalələri və s. yayınlayan bir jurnaldır. Jurnal sahə ilə əlaqəli konfranslar, simpoziumlar və tədbirlər haqqında məlumatlara da səhifələrində yer verir.Beynəlxalq İslam Təsəvvüf Jurnalı İslam təsəvvüfü sahəsindəki zəngin tapıntıları tədqiqatçılara, tələbələrə və oxuculara çatdırmaq üçün bir platforma rolunu oynayır.
Bu jurnalın mövcudluğu İslam təsəvvüfü ilə bağlı mövcud akademik problemlərə cavab vermək və bunların inkişafları haqqında məlumatlandırmaq məqsədi daşıyır.
Jurnal ildə iki dəfə (Aprel, Oktyabr) nəşr olunur. Bir məqalə Beynəlxalq İslam Təsəvvüf jurnalında dərc olunmaq üçün qənaətbəxş və orijinal olmalıdır. Jurnalın dili İngilis dilidir.
Müəlliflər Nəşr Etik Komissiyası (COPE) tərəfindən müəyyən edilmiş yüksək nəşr etikası standartlarına riayət etməlidirlər.
Əməkdaşlıq etdiyi qurumlar :
İndekslənmişdir :
Naşir :


Oxuyucuya Məktub
Bu jurnal, əvvəla bizim birliyimizi göstərmək və təsəvvüfi yaşayışımızın dünyanı necə “cənnət”ə çevirdiyini ifadə etmək üçün fəaliyyətə başladı.
Həm türkiyəli, həm xarici, həm də azərbaycanlı sufiləri bu jurnalda məqalələr yazacaqlar. Beləliklə, bizə hər kəsin həyatını “cənnətə” çevirməyin yollarını, içində olduqları vəziyyətdən razı qalmağın yollarını və bu dünyada Allah ilə yaşayaraq dünyadan zövq almağın yollarını izah edəcəklər.
Bu yol, maddi elmin əksik qaldığı bir yoldur, çünki təsəvvüf birlik və həmrəylik yolunu yaşadacaqdır. Bu səbəbdən bu ledunni elmə ehtiyacımız var. Bu jurnalın çox faydalı olacağına inanıram.
Cemalnur Sargut