ISSN-2789-1984
E-ISSN-2789-1992
DOI: 10.30546/2789-1992

Məqsəd və Əhatə Dairəsi

Beynəlxalq İslam Təsəvvüf Jurnalı, müasir dünyada İslam təsəvvüfünü araşdırmaq üçün 2020-ci ildə fəaliyyətə başlayan beynəlxalq bir elmi jurnaldır.

Beynəlxalq İslam Təsəvvüf Jurnalı İslam təsəvvüfü sahələrində məqalələr, yeni kitab icmalları, tədqiqat məqalələri və s. yayınlayan bir jurnaldır. Jurnal sahə ilə əlaqəli konfranslar, simpoziumlar və tədbirlər haqqında məlumatlara da səhifələrində yer verir.

Beynəlxalq İslam Təsəvvüf Jurnalı İslam təsəvvüfü sahəsindəki zəngin tapıntıları tədqiqatçılara, tələbələrə və oxuculara çatdırmaq üçün bir platforma rolunu oynayır. Bu jurnalın mövcudluğu İslam təsəvvüfü ilə bağlı mövcud akademik problemlərə cavab vermək və bunların inkişafları haqqında məlumatlandırmaq məqsədi daşıyır.

Dəyərləndirmə Siyasəti

Beynəlxalq İslam Təsəvvüf Jurnalı, müəllif(lər)in hakimlərin kimliyini və hakimlərin müəllif(lər)in kimliyini bilməməsi mənasını verən “Double-blind” baxış sistemindən istifadə edir.

Nəşr, dəyişiklik və ya rədd qərarı, hakimlərin hesabatlarına/tövsiyələrinə əsaslanır. Müəyyən hallarda, redaktor, lazım gəldikdə, qərar qəbul etməzdən əvvəl başqa bir üçüncü rəyçinin nəzərdən keçirməsi üçün məqalə təqdim edə bilər.

Açıq Keçid Siyasəti

Beynəlxalq İslam Təsəvvüf Jurnalı, qlobal inkişaf elmlərinə dəstək ola biləcək araşdırmalar aparmaq azadlığı prinsipinə əsaslanan məzmuna birbaşa açıq keçid imkanını təmin edir. Bütün məqalələr Creative Commons Attribution Lisenziyasının (CC-BY) şərtləri altında dərc olunur.

Some Details

Editorial Board

Yayımcı :